Polis Binəqədi və Nəsimi rayonunda telefon oğurlayan 3 nəfəri saxlayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Binəqədi rayonu ərazisində mağazaların birindən 1000 manat dəyərində mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən tədbirlərlə hadisəni törədən əvvələr məhkum olunmuş E.Abdullayev və P.Ağayeva müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Paytaxtın Nəsimi rayonunda da analoji hadisə baş verib. Azadlıq prospektində yerləşən ticarət mərkəzlərinin birindən 4100 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən R.Heydərova da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.