8 Yanvar 11:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvandan "Kalaşnikov" avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər