Nigeriya millisinin baş məşqçisi Stiven Keşi istefa verib.
O, komandasının DÇ-2014-ün 1/8 finalında Fransaya məğlub (0:2) olaraq mübarizəni dayandırdığı oyundan sonra yığmadan ayrılmaq qərarına gəlib.
52 yaşlı mütəxəssis "Tvitter" hesabından Nigeriya millisindən ayrıldığını açıqlayıb.
Qeyd edək ki, S.Keşi 2011-ci ildən Nigeriya yığmasının çalışdırırdı./qol.az/