13 İyul 2014 14:58
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı Mübariz Mənsimov “Çelsi”nin məşhur futbolçusunun transferi üçün danışıqlara başlayacaq.

Teleqraf.com-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, M.Mənsimov “Kasımpaşa” klubunun rəhbəri olsa da, “Çelsi”nin hücumçusunu azarkeşi olduğu “Beşiktaş” klubuna gətirəcək. “Beşiktaş”ın uzun müddətdir transfer etmək istədiyi Demba Banın transferi üçün danışıqları iş adamı boynuna götürüb.
“Çelsi”nin rəhbəri Roman Abramoviç ilə dost olan Mənsimov yaxın günlərdə Bodrumda danışıqlar üçün onunla görüşəcək. Azərbaycanlı iş adamı Demba Banın “Beşiktaş"a transferi üçün Abramoviçi razı salmağa çalışacaq.

Qeyd edək ki, “Çelsi”nin heyətində Fernando Torres, belçikalı Romelu Lukaku, “Atletiko Madrid”dən 40 milyon avroya transfer edilmiş Dieqo Kosta kimi hücumçular var. Hazırki vəziyyətə görə, Demba Ba komandanın 4-cü hücumçusu sayılır və bu, onun Beşiktaşa transferinin reallaşması üçün əhəmiyyətli bir faktordur.

Nərgiz

Günün bomba transfer haberleri (13 Temmuz 2014)


Müəllif:

Oxşar xəbərlər