“Neftçi” klubu AFFA tərəfindən 800 manat cərimələnib.
Teleqraf.com xəbər verir ki, qərarı AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarıb.
Səbəb Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi” – “Sabah” oyununda meydana kənar şəxsin daxil olmasıdır.
Qeyd edək ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.