09:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turunun yekununa əsasən növbəti mərhələyə yüksələn və mübarizəni dayandıran klubların bəziləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, 18 futbol klubu qitə turnirinin pley-off mərhələsinə vəsiqə qazanıb.

Bu siyahıya "Arsenal", "Aston Villa" (hər ikisi İngiltərə), "İnter", "Milan", "Atalanta", "Yuventus" (hamısı İtaliya), "Bayer", "Borussiya Dortmund", "Bavariya" (hamısı Almaniya), "Monako", "Brest", "Lill" (hamısı Fransa), "Feyenoord" (Niderland) və "Seltik" (Şotlandiya) daxildir.

İlk "24-lüy"ə düşmək üçün son turda 9 klub mübarizə aparacaq: PSV (Niderland), "Brügge" (Belçika), "Benfika", "Sportinq" (hər ikisi Portuqaliya), PSJ (Fransa), "Mançester Siti" (İngiltərə), "Ştutqart" (Almaniya), "Dinamo Zaqreb" (Xorvatiya) və "Şaxtyor" (Ukrayna).

Avstriyanın "Şturm" və "Zaltsburq", İtaliyanın "Bolonya", Çexiyanın "Sparta Praqa", Almaniyanın "Leyptsiq", İspaniyanın "Jirona", Serbiyanın "Srvena Zvezda", Slovakiyanın "Slovan Bratislava", İsveçrənin "Yanq Boys" klubları Çempionlar Liqasının Liqa mərhələsinin bitməsinə bir tur qalmış növbəti mərhələ şanslarını itirib.

Qeyd edək ki, turun ilk oyun gününün nəticəsinə əsasən İspaniya "Barselona"sı ilə İngiltərənin "Liverpul" klubu 1/8 finalı təmin edib.

Liqa mərhələsənin sonuncu turunun bütün oyunları yanvarın 30-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər