14:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XIX turun “Kəpəz” - “Turan Tovuz” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, “Turan Tovuz” azarkeşləri meydana kənar əşyalar atdıqları üçün klub 800 manat cərimə edilib.

Yerli azarkeşlər hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub daha 1000 manat ziyana düşüb.

Azarkeşlərin pirotexniki vasitədən istifadə etmələri səbəbindən isə Tovuz təmsilçisi daha 1500 manat ödəyəcək.

Nəhayət, klub 5 futbolçusunun sarı vərəqə alması ilə əlaqədar 700 manat cərimələnib. Beləliklə, "Turan Tovuz" üst-üstə 4 000 manat cərimələnib.

Qeyd edək ki, görüş "Kəpəz"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər