11:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın FCSB komandasından xaric edilən braziliyalı futbolçu Luis Felipe bəzi sirləri açıb.

Teleqraf.com xəbər verir ki, FCSB-nin toplanışına qatılmadığı üçün müqaviləsinə xitam verilən 23 yaşlı hücumçu klub rəhbəri Cica Bekali və baş məşqçi Elias Xaralambusun ona qarşı rəftarından danışıb.

Moldova təmsilçisi “Şerif”ə keçməyə yaxın olan braziliyalı forvard övladı xəstə olduğı üçün toplanışa getmədiyini bildirib. Bununla belə, Felipe klubdan qovulub. Futbolçu gördüyü münasibəti belə şərh edib:

“Yanvarın 4-də mən Rumıniyaya qayıtmalı idim. Lakin yanvarın 3-də uşaq xəstələndi. Bununla bağlı klubdakı üç nəfərə mesaj göndərdim, lakin heç bir cavab almadım. Ertəsi gün uşağımın yanında oyananda bildim ki, düşərgədən çıxarılanların siyahısında mənim də adım var. Cica Bekalinin haqqımda dediklərinə baxmayaraq, mən bundan artıq danışmayacağam. Baş məşqçimiz Elias Xaralambus isə mənə öz oğlu kimi münasibət göstərdi və uşağın səhhəti ilə maraqlandı”.

Qeyd edək ki, FCSB bu gün UEFA Avropa Liqasının VII tur matçında “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər