10:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının VII turunda “Qarabağ”ın qonağı olacaq Rumıniyanın FCSB klubu yenicə qovduğu futbolçusu Daniel Popa ilə eyni şərtlərlə müqavilə imzalayıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda FCSB-nin rəhbəri Cici Bekalinin kənarlaşdırdığı Popa ilə eyni müddətə və eyni maaşla yenidən anlaşma əldə olunub. 29 yaşlı hücumçu ata olmağa hazırlaşdığı üçün Qazaxıstanda çıxış etməkdən imtina edərək 16 min avro qarşılığında 1,5 illik sözləşməyə qol çəkib.

Buxarest təmsilçisi Popaya çempionat oyunlarında yer açmaq üçün İonuts Pantsıru və Uilyam Baeteni iştirak ərizəsindən çıxarıb. Bekalinin sözlərinə görə, onun adını yeni futbolçu kimi çempionat matçlarında iştirak ərizəsinə salmaq üçün belə hiylə işlədilib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər