Qlobal bazarlarda qızılın qiyməti tarixi zirvəyə bir addım da yaxınlaşıb. ABŞ-dən gələn iqtisadi məlumatlar qızıla tələbi artıraraq qiymətləri yüksəldib.
Teleqraf.com xəbər verir ki, qızılın unsiyası 0,2 faiz bahalaşaraq yeni günə 2.673 dollardan başlayıb.
COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,29% artaraq 31,11 dollara bərabər olub.