İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də AVİS Tibbi Marketlər Şəbəkəsidir.
Ötən ilin mart ayında da tərtib olunmuş protokola görə, "MAYMED-AVİS" MMC qeyri-qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Bununla MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndini pozub. İnzibati Xətalar Məcəlləsinə görə, "MAYMED-AVİS" malın hesabına dair istehlakçıları aldadıb.