13:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Qapıları” MMC ilə bağlı inzibati xəta haqqında protokol tətbiq edilib.

Teleqraf.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar - dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair hesabatına isitnadən xəbər verir.

İnzibati xətanın mahiyyəti alınan məhsulda istehsal qüsuru olmasına baxmayaraq dəyişdirilməməsi və ya qaytarılmamasıdır.

Beləliklə, müəssisə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və İnzibati Xətalar Məcəlləsinin 444.2 maddəsini pozub.

Qeyd edək ki, şirkət fəaliyyəti ilə bağlı açıqlamalarda pulun dəyərinin siyasətinin ən mühüm prinsiplərindən biri olduğunu irəli sürüb. Buna görə, minlərlə müştərinin 30 ildən çoxdur ki, “Avropa Qapıları” seçdiyini iddia edib.


Müəllif: Teleqraf.com