Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,08% artaraq 3.7780 ABŞ dollarına bərabər olub.
Teleqraf.com xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.05% artaraq 45.22 avro təşkil edib.
İllik əsasda Niderland qovşağında təbii qazın dəyəri 46,75% yüksəlib. Avropa üzrə isə bu rəqəm 48,66% təşkil edib.
Bu arada Avropanın qaz tədarükçülərindən hesab edilən Norveçin "Gassco" şirkəti "Kollsnes" emal zavodunda təmir işləri aparır. Bu proses yanvarın 11-dək davam edəcək. Yanvarın əvvəlində Avropa qazının qiyməti 14 ayın ən yüksək səviyyəsinə yüksələrək 50 avro/MVt realizə olunub.