9 Yanvar 15:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Shazeli Group" MMC istehlakçıların hüquqlarını pozan şirkətlər sırasında yer alıb.

Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir ki, ötən ilin dekabrın 23-də şirkətlə bağlı inzibati xəta haqqında protokol tərtib edilib.

İnzibati xətanın mahiyyəti menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı Dövlət Xidməti tərəfindən verilən göstərişin icra edilməməsidir.

Şirkət "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014- cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.6 və 23.7-ci bəndlərini, eləcə də İnzibati Xətalar Məcəlləsinin 445.1, 544.2 maddələrini pozub.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 445.1 maddəsi qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin olmamasına və ya onların düzgün tərtib edilməməsinə aiddir. Bununla bağlı cərimənin məbləği 800-1000 manat arasında dəyişir.

İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsinə görə protokolu nəzərdə tutur. Bu pozuntu üzrə cərimə 4000-5000 manat təşkil edir.

Qeyd edək ki, "Pakdad" restoranları qrupa məxsusdur.

2023-cü ildə də restoranlar şəbəkəsi İnzibati Xətalar Məcəlləsinin eyni maddəsini pozduğu üçün cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər