2 Sentyabr 2014 20:10
3 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Apple" şirkəti "iPhone 6" -nın pul kisəsi kimi istifədəsi üçün mühüm müqaviləyə imza atıb. "Apple" yeni telefonu "iPhone 6"-nın ödəmə əməliyyatlarında istifadəsi üçün "American Express" ilə müqavilə imzalayıb.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, şirkət rəsmi açıqlama verməsə də, sızılan xəbərə görə iPhone 6 önəmli bir ödəmə vasitəsi kimi də istifadə olunacaq.

"iPhone 6"-nın NFC xüsusiyyəti ilə çalışacaq ödəmə servisi sayəsində istifadəçilər yeni telefonu mağazalarda kassaya yaxınlaşdıraraq lazım olan miqdarı ödəyəcəklər. Beləliklə də, kredit kartı istifadəsinə gərək qalmayacaq.

Fidan


Müəllif:

Oxşar xəbərlər