2 İyul 2014 13:01
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən populyar aktyorlarından biri Nejat İşlerin vəziyyəti yenə pisləşib.


Keçirdiyi septik şokdan sonra koma vəziyyətinə düşən və ölümdən dönən Nejat İşler ötən həftə İstanbula müayinə üçün qayıtmışdı.

Bodrumda yaşayan aktyor vəziyyətinin yaxşılaşdığını, reabilitasiya kursu keçdiyini deyirdi.

Lakin İstanbuldakı "Amerikan Hastanesi"ndə müayinədə N.İşlerin vəziyyətinin yenidən ağırlaşdığı bəlli olub. 5 saat davam edən cərrahiyyə əməliyyatında 42 yaşlı aktyorun əl barmaqlarının ucları kəsilib.


Səbəb aktyorun barmaqlarının uclarının qaralıb çürüməsi, qanqrenanın başlanması idi.

Həkimlərin dediklərinə görə, növbəti əməliyyatda N.İşlerin ayağından ət alınaraq barmaqlarına tikiləcək.
N.İşlerin meneceri isə deyib: "Barmaqların birinci bükümə qədər kəsilməsi yalandır. Sadəcə, üst qismi kəsilib götürülüb. Barmaqların bir neçəsində dırnaqlar qalır. Hər şey yaxşı olacaq".


Bu arada bəlli olub ki, həkimlərin sərt xəbərdarlıq və yasaqlarına rəğmən, Nejat İşler spirtli içkilər içməyə davam edir./Milli.az/


Müəllif:

Oxşar xəbərlər