2 İyul 2014 17:59
1 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onun varlığı, ruhu məni iyrəndirir”

Xalq artisti Faiq Ağayev küsülü olduğu həmkarı, sənətkar Flora Kərimovadan danışıb.

Teleqraf.com xəbər verir ki, o, “Düz üzünə” verilişində aparıcı İradə İsaqın suallarını cavablandırarkən, xalq artisti ilə barışmayacağını bildirib:

“Mənim üçün adıçəkilən müğənni Azərbaycan incəsənət tarixində həmişəlik qalacaq. Yüksək zirvədə, pillədə olacaq. Amma onun insani keyfiyyətlərinə, zaman, vaxt sərf etmək istəmirəm. Çünki elə insanlar var ki, onların ruhları məni iyrəndirir”.

Xatırladaq ki, 2008-ci il dekabrın 14-də Xalq artistlərinin arasında böyük qalmaqal yaşanmışdı. Belə ki, ANS televiziyasının Yeni il şənliyinin çəkilişi zamanı baş verib. Əvvəlcə Əli Mirəliyevlə Faiq Ağayev arasında qalmaqal düşmüşdü. Daha sonra söz davasına müdaxilə edən Flora Kərimova F.Ağayevə sillə vurmuşdu. Onların arasında bu qalmaqal hətta məhkəmə çəkişməsinə qədər getmişdi.

Aytən Həsənova


Müəllif: