Xalq artisti Miri Yusif onu şantaj edən şəxsi bağışlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Miri Yusifin prodüseri Emin Əfəndi məlumat verib.
Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini xalq artistinin videolarını yayacağı ilə şantaj edən şəxs ilə bağlı məhkəmədə ilkin iclas keçirilib.
İlkin iclasda Miri Yusif və Emin Əfəndi sözügedən şəxsi bağışlayıb.
Qeyd edək ki, yanvarın 19-u naməlum şəxs "Whatsapp" vasitəsilə Emin Əfəndiyə mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və pul tələb edib.
Sözügedən şəxs qısa zamanda polis tərəfindən saxlanılıb.
Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və 1000 manat pul tələb edib.