“Chanel”in 2014-2015 payız-qış kolleksiyasının reklam üzü məşhur lezbian model Kara Delevin olub.
Çəkilişləri 30 ildir “Chanel”in kreativ direktoru olan və “Modanın dahisi” adlandırılan Karl Laqerfeld həyata keçirib. O, həm də brendin möhtəşəm reklam kampaniyalarını həyata keçirir. Karlın brendin reklamı üçün lezbian modeli seçməsi təsadüfi deyil. O, Kara Delevini hər fürsətdə "ilham pərisi" deyə çağırır. Modelin üz cizgilərinin və seksual baxışlarının cazibəsinə dayanmağın mümkün olmadığını düşünür.
Kara Delevin çəkilişlər zamanı bu fikirlərin şişirdilmiş olmadığını sübut edib. Belə ki, bir-birindən möhtəşəm “Chanel” geyimlərində cazibədar pozalar verən modelin fotosessiyası maraqla qarşılanıb.
/tabloid/