Müğənni Gülbən Ərgən Bodrum istirahətindən qayıdıb.
Alınan məlumata görə, Etilər adlanan səmtdə jurnalistlərin sualları ilə üz-üzə qalan Gülbən qəzəblənib.
Anasının qocalar evində qaldığı haqda yayılan xəbərləri təkzib edən ifaçı bunun həqiqəti əks etdirmədiyini söyləyib:
“Xəbərlərin hamısı yalandır. Uşaqlarım və anam mənim ailəmin əsas bünövrəsidir. Belə fikirlər səsləndirmələrini anlamıram. Amma deyə bilərəm ki, bunlar yalnız şayiədir və anam qocalar evində qalmır”.
/axşam.az/