Xalq artisti Nisə Qasımova müğənni olmağına peşmandır.
Məlumata görə, ifaçı bu haqda "Nə varsa" verilişinə qonaq olarkən danışıb:
"Müğənni olmağıma peşmanam. Dağlı məhəlləsində doğulmuşam. Əgər məndə abır-həya olmasaydı, dünyanı fəth edən biri olardım. Sənət elədir ki, burada soyunmalı, qaralıb-ağarmalı, əldən-ələ düşməlisən. Bəzi dəyərli sənətkarlarımızı çıxmaq şərtilə, digərləri kimlərinsə sayəsində istədikləri zaman sənət zirvəsində əyləşə bilərlər. Əgər mən də o yolun yolçusu olsaydım, indi bir nəfər ifaçı qarşımda səsini də çıxara bilməzdi, dünyada tanınardım".
Axşam.az