Azərbaycanlı həkim özünü əməliyyat edib.
Teleqraf.com xəbər verir ki, plastik-estetik cərrah Mübariz Məmmədli özü-özünü əməliyyat etdiyi videonu sosial şəbəkədə yayıb.
Cərrah əməliyyatın bir hissəsini özü etdiyini bildirib: “Əməliyyatımız bitdi, nigaran qalmayın. Uzun müddət kompleks yaşadığım ginekomastiyadan azad olundum, Svetlana doktora təşəkkür. Əməliyyatın bir hissəsin özüm-özümə etdim”.
Qeyd edək ki, cərrahın sosial şəbəkədə paylaşdığı video müzakirələrə səbəb olub.