8 İyul 2020 00:12
5 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Romada korona səbəbindən toyları təxirə salınan gəlinlər hökumətin məhdudiyyət tədbirlərinə etiraz olaraq küçələrə çıxıb.

Teleqraf.com xəbər verir ki, toyları təxirə salınan namizədlər gəlinliklərini geyinib şəhərin simvollarından biri olan Eşq bulağı kimi tanınan Trevi bulağının önünə toplaşıblar.

Əllərində pankartlarla şüarlar səsləndirən namizədlər hökumətin qərarlarını tənqid ediblər. Etirazçılardan biri sentyabr ayında evlənməyi planlaşdırdığını, amma məhdudiyyətlər səbəbindən toyun gələn ilə təxirə salındığını deyib.

Qeyd edək ki, Avropada epidemiyanın episentri kimi göstərilən İtaliyada karantin tədbirləri aylarla davam edib. Normallaşma addımları çərçivəsində məhdudiyyətlərin əksəriyyəti qaldırılsa da, kütləvi tədbirlərin keçirilməsi hələ də yasaqdır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər