26 İyul 2020 00:26
3 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiroid xərçəngi boyun dibində hormon istehsal edən kiçik bir qalxanvari vəz olan xərçəng növüdür. Qadınlarda kişilərə nisbətən daha tez-tez görülən bu xərçəng növünün müalicə ilə sağalma dərəcəsi yüksəkdir.

Teleqraf.com xəbər verir ki, tiroid xərçənginə hər 50 000 insandan birində rast gəlinir.

Bu xəstəliyə yoluxanların sayı il ərzində bütün xərçəng növlərinə yoluxanların 1 faizini təşkil edir. Uşaqlarda nadir hallarda görülsə də, 20 yaşından sonra rast gəlinən ilk 5 xərçəng növü arasındadır.

Xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir. Dünya əhalisinin 4.2 faiz təşkil edən tiroid xərçəngini inkişaf riski qadınlarda təxminən 0,7 faiz, kişilərdə isə 0,25 faizdir.

Xəstəliyin niyə baş verdiyi dəqiq bilinməsə də, bəzi amillərin risk yarada biləcəyi məlumdur. Qalxanabənzər vəzinin hüceyrələri genetik dəyişikliyə məruz qaldıqda xəstəlik ortaya çıxır.

Bu mutasiyalar hüceyrələrin sürətli böyüməsi və çoxalması üçün zəmin yaradır. Eyni zamanda, bu hüceyrələr normal hüceyrələrdən fərqli olaraq ölmək qabiliyyətlərini itirirlər. Toplanan anormal qalxanabənzər vəzi hüceyrələri bir şiş meydana gətirir.

Xəstəliyin bir neçə növü var.

Papillary karsinoma. Ən çox görülən tiroid xərçəngi, 10 xərçəng xəstəsi arasından təxminən 8-də aşkarlanır. Əsasən 40 yaşdan kiçik insanlara, xüsusən qadınlara təsir göstərir.

Follikulyar karsinoma. Bu növ 10 xərçəng xəstəsindən 1-də aşkarlanır. Orta yaşlı yetkinlərə, xüsusən qadınlara təsir göstərir.

Medullary tiroid karsinoma. İnsidensiya 10 xəstədən nadir hallarda 1-tə tapılır.

Anaplastik tiroid karsinomu. Xəstəliyin nadir, lakin ən çox zərər verən bir növüdür. 50 xəstədən təxminən 1-də aşkarlanır. Əsasən 60 yaşdan yuxarı insanlara təsir göstərir.

Xəstəliyin əlamətləri boyunda şişkinlik, nəfəs almaqda çətinlik, udma çətinliyi, yorğunluq, kilo alma, qıcıqlanma, saç tökülməsi, quru dəri, cinsi istəksizlik.

Tiroid xərçəngi necə müalicə olunur?

Tiroid xərçənginin müalicə variantları xərçəngin mərhələsinə və insanın ümumi sağlamlığına görə dəyişir. Əksər hallarda həkimlər tiroid xərçəngini müalicə etmək üçün qalxanabənzər vəzini tamamilə çıxartmağı məsləhət görürlər.

Eyni zamanda, cərrah qalxanabənzər vəzini götürərkən boyundakı böyüdülmüş limfa düyünlərini götürə və xərçəng hüceyrələri üçün sınaya bilər.


Müəllif: Aysel Azad