1 Noyabr 22:15
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman dilində uzun sözlərin lüğəti hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, lüğətdə"Grundstückverkehrsgenehmigungszuständigkeitsübertragungsverordnung" 67 hərfdən ibarət ən sözdür. Bu söz “Torpaq sahələri ilə problemlərin həlli zamanı yurisdiksiyanın verilməsi qaydası” kimi tərcümə olunur. Bu söz orfoqrafiya lüğətindəki ən uzun sözdən 23 hərf uzundur.

İkinci və üçüncü yerləri hər biri 58 hərfdən ibarət iki söz tutur. Bu, Uels yer adı "Llanfairpwllgwyngyllgogerychwyrndrobwllllantysiliogogogoch" və "yol drenaj sistemlərinə investisiyalar üçün borc xidməti haqqı"nı təsvir edən "Straßenentwässerungsinvestitionskostenschuldendienstumlage" terminidir.

Siyahıdakı son söz 56 hərfdən ibarət olan "Kurzfristenergieversorgungssicherungsmaßnahmenverordnungdur" ki, bu da “enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün qısamüddətli tədbirlər haqqında qayda” kimi tərcümə olunur. Lüğətdə yalnız son 10 il ərzində istifadə olunan və mediada ən azı beş dəfə yer alan sözlər təqdim edilir.


Müəllif: Arzu

Oxşar xəbərlər