Klivlend sakini Şena Hardin məhkəmənin barəsində çıxardığı qəribə hökmü yerinə yetirib. 32 yaşlı amerikalı nəqliyyatdakı yaramaz hərəkətinə - məktəb avtobusunu ötüb keçməklə onları risk altında qoymağa görə - cəzalandırılmışdı.
Teleqraf.com-un məlumatına görə, cəza qadının üzərində “ancaq bir idiot məktəb avtobusunu ötmək üçün səkiyə çıxa bilər” sözü yazılmış lövhəni əlində tutması idi. Qadına bu ictimai qınaq xarakterli cəzadan başqa 250 dollar məbləğində pul cəzası, habelə 1 ay sürücülük vəsiqəsinin əlindən alınması kimi cəzalar da verilib.
Əlində bu plakatı tutaraq küçədə dayanan Ş.Hardin mətbuatın diqqətini cəlb edib, bütün fotoreportyorlar onu çəkib. Amma o, mətbuatı iqnor edərək, öz münasibətini göstərib.
Bununla belə, qadın nə mətbuatda, nə də məhkəmədə məktəb avtobusunu ötüb keçmək üçün səkiyə çıxmasının səbəbini izah etməyib. Yerli sakinlər isə ona verilən bu cəzanı tamamilə ədalətli sayır.