Apple - dövrümüzün ən uğurlu şirkətidir. Bunu dünyanın ən qabaqcıl nəşrlərinin hesablamaları, analitiklər dəfələrlə təsdiqləyiblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, lakin milyonlarla istifadəçisi olan Apple-ın çoxlu sayda təqlidçiləri də var və bu məhsullardan ilhamlanaraq onlar hər il daha çox texnoloji məhsul istehsal etməyə çalışırlar. Bütün bunlar Apple şirkətinin müştərilər üçün ən yaxşı xidməti yaratmaq və bazarda liderliyi yenidən əldə etmək arzusu yolunda Stiv Cobsun başladığı siyasətdir. Bəs bu uğuru səciyyələndirən səbəblər hansılardır?
Apple daim müştərilərini məmnun etməyə çalışır
Müştərilərin həmişə eyni şirkəti müraciət etməsini təmin etmək üçün sədaqət ən vacib şeydir. Hər bir marketoloq bilir ki, daimi müştərilər markanın və uğurlu biznesin ən əsas gücüdür. Buna görə də, yeni müştərilər tapmağa başlamazdan öncə əmin olmaq lazımdır ki, köhnə müştərilər xidmətdən məmnundurlar. Müştərilər məhsulun satışa buraxılmasından bir neçə gün əvvəl onu almağa, onun üçün yağışlı havada növbədə durmağa hazırdılarsa, bu o deməkdir ki, şirkət "rok-star" səviyyəsinə çatıb.
Keyfiyyət - marketinq strategiyasının ən mühüm hissəsi
Lazımi səviyyədə keyfiyyət olmadan heç bir şirkət uzun müddət uğur əldə edə bilməz. Reklam şirkətlərinin orijinallığından və büdcədən asılı olmayaraq, hər şeyi buraxılan məhsulun keyfiyyəti həll edir. Apple öz rəqiblərini üstələmək üçün müəyyən çətinliklərdən keçməli oldu. Məsələn, Apple Store mağazası uzun inkişaf yolu keçsə də, müsbət təsir bütün xərcləri örtür. Birincisi, istehlakçılara nəinki məhsullara baxmaq şansı verildi, onlar hətta ona toxunmaq və test imkanı qazandılar. Bütün bunlar Apple-ın məhsulların keyfiyyətinə yetirdiyi diqqət olmadan mümkün olmazdı.
Brendin mütəmadi reklamı
Apple məhsulunu harada aldığınızdan asılı olmayaraq məhsul həmişə yüksək keyfiyyətə malikdir. Bu, markanın yaşaması və müştərilərin qəlbini fəth etmək üçün əla strategiyadır. ABŞ-ın Kaliforniya ştatında, Kupertinoda interyer və dizayn olaraq cəlbedici mağazada siz orada həmişə çoxlu sayda insan görə bilərsiniz. Apple istehlakçıları arasında keyfiyyət və statusu özündə birləşdirən əla bir məhsul aldıqları hissini yaratmağa nail oldu. Onlar hətta çox gözəl qablaşdırılıblar - siz qutunu açırsınız, xoşbəxtliyi və estetik rahatlığı hiss edirsiniz.
Rüstəm