15 İyul 2015 22:17
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada bir qrup gənc 4500 ədəd dolu konserv qutusu istifadə edərək “Cip Vranqler” markalı avtomobil hazırlayıb.

Kanadanın Qurtuluş gününü qeyd etmək məqsədi ilə bir araya gələn gənclər “Cip Vranqler” markalı avtomobilin real ölçülərində hazırladıqları bu nümunə insanların marağına səbəb olub.

“Cip” avtomobillərinin istehsalçısı və yerli bir şirkətin dəstəyi ilə bir qrup gəncin 24 saat ərzində ərsəyə gətirdiyi avtomobil Kanadanın Vankuver şəhərində sərgilənir. Sərgi başa çatdıqdan sonra avtomobilin hazırlanmasında istifadə olunan konserv qutuları ehtiyacı olan 3120 nəfərə xeyriyyə məqsədi ilə paylanılıb.


Müəllif: