5 Dekabr 15:48
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müasir Ermənistanda niyə azərbaycanlı yaşamır?"

Teleqraf.com xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri, professor Hüseyn İşıksal Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması” mövzusunda keçirilən panel sessiyada deyib.

Hüseyn İşıksal qeyd edib ki, Avropadakı prinsiplər hər regiona aid edilmir:

"Avropada 3 prinsip - din, ticarət və insan haqları əsas götürülür, ancaq bu, bütün regionlara aid edilmir. Azərbaycanlılar müasir Ermənistandan deportasiya edilib. Onlar sistemli iş görüblər. Azərbaycan əhalisi kimliklərinə görə bu qırğınları yaşayıb. Bundan başqa, mədəni soyqırımı da həyata keçirilib. Bütün abidələr məhv edilib. Ermənilər Azərbaycanın şəxsi və dövlət mülkiyyətinə 10 milyarda yaxın ziyan vurulub. Tələbimiz sadədir, azərbaycanlılar öz doğma yurd-yuvalarına qayıtsın. Türk dünyası birləşməlidir. Türkiyə Prezidenti Ərdoğan qeyd etmişdi ki, dünya 5-dən böyükdür, mən də demək istəyirəm ki, Türk dünyası 7-dən böyükdür”.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər