5 Dekabr 16:09
401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Samir Vəliyev növbəti vətəndaş qəbulu keçirib.

Teleqraf.com xəbər verir ki, seçicilərini fərdi qaydada qəbul edən deputat onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problem və məsələlərlə tanış olub.

Müraciətlər əsasən, məşğulluq, maddi yardım, səhiyyə, kommunal xidmətlər və s. mövzularda olub. Bir neçə məsələ yerindəcə həllini tapıb. Digər məsələlər isə həll olunması üçün qeydiyyata alınıb.

Vətəndaşları diqqətlə dinləyən millət vəkili Samir Vəliyev qəbulda dilə gətirilən məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa zamanda müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər