6 Dekabr 09:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.

Teleqraf.com bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.

“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Bundan əlavə, nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər