İrəvan Prezident İlham Əliyevin azərbaycanlıların Ermənistana geri qayıtmalarının zəruriliyi ilə bağlı bəyanatına cavab verməkdən yayınır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazır.
Dekabrın 5-də Prezident Əliyev bəyan edib ki, Ermənistan Qərbi Azərbaycan icması ilə danışıqlara başlamalı və azərbaycanlıların fundamental hüquqlarının bərpası üçün əməli addımlar atmalıdır.
Ermənistanın hakim “Vətəndaş Müqavilə” fraksiyasının katibi Artur Ovannisyan yerli jurnalistlərin bununla bağlı suallarına cavabında bildirib ki, Azərbaycan liderinin bəyanatlarını dəyərləndirməyi məqsədəuyğun hesab etmir.
Deputat danışıqlarda azərbaycanlıların qayıtması məsələsinin müzakirə olunub-olunmaması sualına cavab vermək istəməyib.
Ovannisyanın sözlərinə görə, ictimai şərhlər danışıqlar prosesinə xələl gətirə bilər: “Ona görə də, bu bəyanatları dəyərləndirməkdən çəkinəcəm”.