6 Dekabr 15:41
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada müharibə yeni mərhələyə keçib. Bir neçə öncə baş verənlərdən fərqli olaraq, hazırkı döyüşlər ölkə lideri Bəşər Əsəd və müttəfiqləri İranla Rusiyanı xeyli zəifləyib. Əsədin bu müddətdə siyasi iradə göstərməməsi, müxalifətlə danışıqlardan yayınması durumu bu yerə gətirdi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, böhrana siyasi həll yolu axtarmayan Əsədin bu dəfəki çətinlikdən salamat çıxacağı inandırıcı görünmür:

“Artıq dəyişmək üzrə olan status-kvonun saxlanılması Əsəd, Moskva və Tehranı qane edirdi. Bu durum isə siyasi həll yolunu qaçılmaz edirdi. Əsəd və müttəfiqlərini qane edən satus-kvo Türkiyənin təhlükəsizliyini təhdid edir, regional sülhü çətinləşdirir. Əsədin həll yolundan qaçması Suriyanın şimalında “dövlət” qurmaq niyyətində olan PKK/YPG terror təşkilatının manevr imkanlarını da genişləndirib.

Suriya müxalifətinin uğurlu həmlələri Suriyada yeni nizamın qurulmasına təkan verdi. İran da bunun qarşısını ala bilməyəcək. İsrailin son bir ildə Livan, Qəzza və Suriyada, eləcə də İran daxilində keçirdiyi hərbi əməliyyatlar Tehranı Yaxın Şərqdə xeyli zəiflədib. Bu çətin durum İran əl-qolunu bağlayır. Başı Ukraynada qarışan Rusiya isə Suriyadakı müharibəyə qoşulmaq niyyətində deyil.

Artıq Suriyanın strateji şəhərləri Hələb və Həma müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücum başlayıb, müqavimət göstərə bilməyən rejim qüvvələri geri çəkilirlər”.

Əsədullazadənin fikrincə, rejim paytaxt Dəməşqə doğru irəliləyən müxalif Azad Suriya Ordusu və “Heyət Təhrir əş-Şam”ın (HTŞ) qarşısını ala bilməyəcək:

“HTŞ lideri Əbu Məhəmməd əl-Colani ələ keçirilən vilayətlərin keçid hökumətinə təhvil veriləcəyini açıqlayıb. Həmçinin Bəşər Əsəd getdikdən sonra təşkilatın buraxılacağını bəyan edib.

Suriyanın şimalında yerləşən PKK/YPG də müxalif qrupların hədəfindədir. Hələlik tərəflər arasında qarşıdurma yaşanmasa da, əməliyyatların növbəti istiqaməti Şimali Suriya olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər