7 Dekabr 11:10
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sizə Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıram. Bu günün Azərbaycan xalqına xeyirli olmasını arzu edirəm. Son seçkilərə görə Azərbaycanı təbrik edirəm. Milli Məclisə uğurlar arzu edirəm".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Fuat Oktay deyib.

O bildirib ki, Azərbaycan Parlamenti ilk müqaviləni Osmanlı ilə imzalayıb.

"Biz istiqlal mübarizəsində can qardaşlarımıza dəstək olduq. Nuri paşa Azərbaycana göndərildi. Azərbaycan Milli Məclisinin qurucusu Rəsulzadəni hörmətlə anıram. Heydər Əliyevin "Bir millət, ili dövlət" sözləri münasibətlərin ən yaxşı ifadəsidir. Öndər Atatürk "Sevincimiz bir, kədərimiz biridir" deyirdi. Ölkələrimiz arasındakı iş birliyi sürətlə inkişaf edir. XXI əsrdə tarix yazırıq".

Türkiyə rəsmisi qeyd edib ki, beynəlxalq hüquq tamamilə çöküb:

"İkinci Dünya müharibəsindən sonra beynəlxalq hüquq çökdü".

"Vətən Müharibəsindəki qələbə münasibətləri daha da gücləndirdi. Cənubi Qafqazda yeni reallıqlar yaranıb. İstəyirik ki, sülh daimi olsun. Azərbaycan Türkiyə qardaşlığı daimi olsun".


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər