"Qərbi Azərbaycandakı qardaşlarımız məcburi şəkildə oradan qovulublar".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
O bildirib ki, Azərbaycanın niyyəti torpaq işğal etmək deyil:
"Beynəlxalq hüquqa görə, onlar öz torpaqlarına qayıtmalıdırlar. Dünyada ədalət haradadır? Yoxdur. Ona görə deyirik ki, dünya 5-dən böyükdür. Qarabağ işğal altında olanda ATƏT-in Minsk qrupu boş işlərlə məşğul idi. İndi də niyyətləri eynidir. Azərbaycanlılar geri qayıtmalıdır. Rəsmi Bakı sülh əlini uzadır".