8 Dekabr 00:22
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.

Teleqraf.com xəbər verir ki, CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, siyasətçinin ofisinin bəyanatına baxmayaraq, dövlət başçısı şəhərdə onun tapıla biləcəyi yerlərin heç birində yoxdur. Bundan başqa, adətən siyasətçini qoruyan və onu müşayiət edən mühafizəçi yoxdur. Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başladı.

“Üsyançı qüvvələr Əsədin harada olması barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər”, - mənbə əlavə edib.

Dekabrın 7-də Əsədin ofisi onun başqa ölkələrə gizli səfərləri ilə bağlı məlumatlara cavab verib. Onun sözlərinə görə, bəzi xarici KİV-lər Suriya prezidentinin Dəməşqi tərk etdiyini yazır. Əsəd bu iddiaları rədd edir və Suriya xalqını çaşdırmaq cəhdi kimi qiymətləndirir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər