9 Dekabr 11:07
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstan Azərbaycanla məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsində maraqlıdır".

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze azərbaycanlı həmkarı İnam Kərimovla keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, hər iki ölkənin məhkəmə sistemlərində fərqliliklər olsa da, təməl dəyərlər ortaqdır.

Sədr bildirib ki, Gürcüstanla Azərbaycan arasında güclü hüquqi baza mövcuddur və əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 100-dən çox sənəd imzalanıb.

N.Kadagizde Gürcüstanla Azərbaycan arasında mövcud dostluq, mehriban qonşuluq münasibətlərindən də danışıb. Onun sözlərinə görə, iki ölkənin xalqları arasında sıx əlaqələr əsrlərə söykənir və dövlətlər arasında strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etdirilir.

Sədr azərbaycanlı həmkarının Gürcüstana səfərini xalqlarımız arasında dostluğun növbəti bariz nümunəsi adlandırıb. O, səfərin məhkəmə-hüquq sahəsində əlaqələrin yeni səviyyəyə yüksəldilməsinə təkan verəcəyinə ümidvarlığını ifadə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər