9 Dekabr 11:33
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri hər zaman olub və bu yalnız coğrafi yaxınlığa görə deyil, tarixi bağlılıq və ümumi dəyərlərə əsaslanır".

Teleqraf.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov gürcü həmkarı Nino Kadagidze ilə keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişafı məhkəmə-hüquq sahəsində də sıx əməkdaşlığı zəruri edir.

İ.Kərimov bildirib ki, beynəlxalq təcrübənin mübadiləsi, əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı səfərlər, müzakirələrin təşkili əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətlidir.

O, Azərbaycanda son illərdə məhkəmə-hüquq sahəsində həyata keçirilən fundamental islahatlardan da danışıb. Qeyd edib ki, məhkəmələri daha çevik və əlçatan etmək üçün müasir texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Sədr Azərbaycanın məhkəmə orqanları qarşısında duran əsas vəzifələrə də toxunub. Onun sözlərinə görə, yeni nəsil hakimlərin yetişdirilməsi, hakimlərin bilik və bacarıqları, peşəkarlıqlarının artırılması üçün təlim və treninqlərin təşkili ən vacib istiqamətlərdən biridir.

İ.Kərimov gürcü həmakrını gələn ilin iyun ayında Bakıda keçiriləcək Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunacaq konfransa dəvət edib. N.Kadagidze dəvəti məmnuniyyətlə qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər