9 Dekabr 14:16
265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə daimi diplomatik xidmətə qəbul olan şəxslər and içəcək.

Teleqraf.com xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan vətəndaşı ilk dəfə daimi diplomatik xidmətə qəbul olunanda vəzifəsinin icrasına başlamazdan əvvəl belə bir məzmunda and içəcək:

“Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.

And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayacaq və bu sənəd onun şəxsi işində saxlanılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər