Sabah səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi prosesi başa çatır.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçki Məcəlləsinin 100.8-ci maddəsinə əsasən, səsvermə gününə azı 20 gün, yəni yanvarın 9-dək proses bitməlidir.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək. Seçkilərdə 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. 23 siyasi partiyanı təmsil edən namizədlərin ümumi sayı 8 min 429 nəfərdir. Həmçinin 25 min 685 müşahidəçi də akkreditasiyadan keçib. Yanvarın 6-dan start götürən seçkiqabağı təşviqat kampaniyası yanvarın 28-i saat 08:00-da başa çatacaq.