8 Yanvar 11:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər