30 Yanvar 17:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərəli mütəxəssis Stiven Cerrard Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunun baş məşqçisi postunu tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Əl-İttifaq" Cerrardın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 44 yaşlı britaniyalı 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı klubunda idi.

Stiven Cerrard daha əvvəl "Aston Villa" və "Reyncer" klublarında da baş məşqçi olub.

Qeyd edək ki, "Əl-İttifaq" 17 turdan sonra 19 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər