1 İyul 2014 16:10
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “Azərbaycan Respublikasında əhali sakinliyinin və demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsi nazirliyin rəsmi saytında yerləşdirilib.

Teleqraf.com-un məlumatına görə, saytın “Qanunvericilik” bölümündəki “Qanunvericilik layihələri” alt bölümündə layihə ilə tanış olmaq olar.

Layihə ölkə başçısının 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq hazırlanıb.

Sənəddə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin 2025-ci ilədək dövr üçün inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər müəyyən olunur.

Naibə


Müəllif:

Oxşar xəbərlər