Dövlət Sərhəd Xidməti tərəfindən Şəki rayonu ərazisində çətənə kolları aşkar edilib.
DSX-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hərbi qulluqçular tərəfindən sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində iyulun 24-də Şəki rayonu Öryət kəndi ərazisində hündürlüyü 1, 20 - 1,70 metr olan 2120 ədəd ümumi çəkisi 1350 kq yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq müvafiq qaydada məhv edilib.
BƏXTİYAR