1 Mart 2018 18:21
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə hər iki ölkənin iqtisadi tərəfdaş kimi qarşılıqlı maraq doğurduğu qeyd edilib, Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi və investisiyaların yatırılması sahəsində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropadaxili Vergi Administrasiyaları təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər iki ölkənin vergi orqanları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər