Astara rayonunda qatarın vurduğu piyadanın bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi ambutasiya edilib.
Teleqraf.com-un xəbərinə görə, hadisə dekabrın 7-də rayonunun Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub. Qəza nəticəsində xüsusilə ayaqlarından ağır travma alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.