Yaşlı kişi 5 uşaq anası olan arvadını hər kəsə qısqanırmış
Bu gün saat 10:00-da Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Doğan Haber Agentliyinə istinadən verilən məlumata görə, 81 yaşlı kişi 75 yaşlı arvadını dəhşətli şəkildə öldürüb. Maraqlısı budur ki, kişi arvadını qısqandığı üçün öldürüb.
Belə ki, Ərzuruma yenicə köçən ailə burada 3 mərtəbəli bir villada yaşamağa başlayıb. Qonşuları deyir ki, 81 yaşlı Əli ilə 75 yaşlı Ədilə arasında dəfələrlə mübahisə və dava-dalaş olub. Səbəb isə kişinin ahıl yaşda arvadını qısqanması olub. Yaşlı kişi 5 uşaq anası olan arvadını hər kəsə qısqanırmış.
Səhər saatlarında isə baş verənlər hər kəsi şoka salıb. Qonşular səhər evdən qışqırtı və dəhşətli inilti səsləri eşidib. Onlar polisə məlumat veriblər. Məlumata əsasən evə gələn polislər dəhşətli mənzərə ilə qarşılaşıb.
Kişi yaşlı arvadını ondan xəbərsiz həyətdə gəzdiyi üçün amansızcasına öldürüb. Kişi qadının başına balta ilə zərbə vurub. Daha sonra qadının başını parçalayıb. Yaşlı kişinin hirsi bununla soyumayıb. O, qadının bədənini parçalayıb.
Arvadını amansızcasına öldürən kişi həbs olunub. /ANS PRESS/