Son günlər Sumqayıtda baş verənlər insanları təşviş içərisində saxlayır.
Bu barədə sosial şəbəkələrdə məlumat verilib. Verilən məlumata görə, bir nəfər naməlum şəxs əlində silah küçələrdə dolaşır. Həmin şəxs küçədə sahibsiz itləri təqib edir və güllələyir.
Sakinlər onun nə etdiyini soruşduqda və ona mane olmağa çalışdıqda, həmin şəxs hədəyə keçir. Deyilənlər görə, o vətəndaşları da silahla hədələyir.
“Facebook”da həmçinin həmin şəxsin fotosu və onun yaraladığı itin şəkli paylaşılıb. /ANS PRESS/