11 Yanvar 2017 12:52
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesə şahid Kazım Əlizadə gəlməyib. İddia olunub ki, Kazım Əlizadə Azərbaycanda yoxdur.

Əziz Kərimzadə deyib ki, Kazım Əlizadənin Azərbaycandan kənarda olması yalandır: "Onun anası İlahə Əliyeva yalan danışır, Kazım Əlizadə Azərbaycandadır".

Hakim deyib ki, Kazım Əlizadənin məhkəməyə gətirilməsi barədə məcburi qərar qəbul edilib: "Polis arayış versin ki, Kazım Əlizadə Azərbaycandan kənara çıxıb və ya çıxmayıb".

Prokuror vəsatət verərək məhkəmə istintaqının tamamlanmasını istəyib. Hakimlər prokurorun vəsatətini təmin etməyib.

Proses yanvarın 18-də davam edəcək.

Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.

2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər