Xəbər verdiyimiz kimi, külli miqdarda narkotik vasitə ilə tutulan Gürcüstan vətəndaşı, 1984-cü il təvəllüdlü Bayram Niyazov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alıb. Hökmdən Baş Prokurorluq əvvəlcə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti, sonra isə Ali Məhkəməyə kasasiya şikayəti verib. Prokurorluq şikayətində Bayram Niyazova ittiham verilməsini istəyib. Amma hər iki instansiya prokurorluğun şikayəti təmin etməyib.
Bayram Niyazovun müdafiəçisi, tanınmış vəkil Ceyhun Yusifov Teleqraf.com-a açıqlamasında bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi Bayram Niyazovun bəraət alması ilə bağlı hökm elan edilib. Məhkəmə araşdırması zamanı onun külli miqdarda narkotik vasitənin satışında təqsirsiz olduğu sübuta yetirilib: “Hesab edirəm ki, qanunun tələbinə uyğun olaraq Bayram Niyazovun şərlənməsi ilə bağlı tədbir görülməli, şərlənmədə iştirak eləmiş polis əməkdaşları və polisin təhrikçiləri məsuliyyətə cəlb olunmalıdırlar”.
“Onların hərəkət polisin imicinə kölgə salır”
Vəkil Ceyhun Yusifov əlavə edib ki, cinayət işinin materiallarına və məhkəmə hökmünəəsasən, 3 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədə olması ehtimalı irəli sürüldüyündən, həmin narkotikin n mənbəyi mütləq müəyyən edilməli və təqsirli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Vəkilin sözlərinə görə, həmin narkotik maddə Bayram Niyazovun üzərindən tapılmayıb: “Mübahisəsiz şəkildə aydın olur ki, maddi sübut kimi tanınmış narkotik vasitənin həmin əraziyəkimlər tərəfindən və hansı şəraitdə gətirilməsi ümumiyyətlə aydınlaşdırılmayıb. Bu,hüququn fəlsəfəsinə zidd olmaqla yanaşı, müvəkkillimində hüquq və mənafeyinə toxunur.
Bayram Niyazovun şərlənərək tutulması üçün əməliyyatı quran polis əməkdaşları barəsində müvafiq tədbirlər görülməli, ibtidai istintaqa prosessual rəhbərlik etmiş prokurorun hərəkətinədə diqqət yetirilməlidir. Amma bu günədək adları birbaşa məhkəmə aktı ilə təhrikçilikdə və günahsız şəxsi narkotik satışında şərləyən şəxslər barəsində heç bir tədbir görülməyib. Həmin şəxslər bu gün də hüquq-mühafizə orqanlarında öz fəaliyyətlərini davam etdirirlər. Onların hərəkəti birbaşa polisin imicinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salır.
Hesab edirəm ki, həmin şəxslərin qanunsuz hərəkəti nəticəsində uzun müddət həbsdə saxlanılan Bayram Niyazovun haqqı çatır ki, bu qanunsuzluqla bağlı görülən tədbirlərin real nəticəsi barədə məlumatlandırılsın. Buna görə də həm mən, həm də müvəkkilim Daxili işlər nazirindən bu hadisəni öz nəzarətinə götürməsini və lazımı tədbir görülməsi üçün göstəriş verməsini xahiş edirik”.
“Təhrikçi azadlıqda gəzir”
Vəkil həmçinin bildirib ki, cinayət işində polisin təhrikçisi kimi adı hallanan Elşad MəsiyevinBalakən rayonunda azadlıqda gəzməsi və bu günədək əməlinə hüquqi qiymət verilmədiyindən başqa günahsız insanlarında onun qurbanına çevrilməsi ehtimalı qalır.
Qeyd edək ki, Bayram Niyazov Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsi və Gəncə stansiyası xətt polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onda 3 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.
Bayram Niyazov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edilib və cinayət işi baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçən prosesdə Bayram Niyazovun günahsızlığı sübuta yetirilib. Məhkəmə araşdırması zamanı Bayram Niyazovun uşaqlıqdan xəstə olduğu üzə çıxıb.
Bayram Niyazovun vəkili iş üzrə narkotik vasitələrin tapılması zamanı hal şahidi olmuş Kəramət Məmmədov və Tofiq Hüseynovun başqa çoxsaylı narkotik vasitələrlə bağlı cinayət işlərində hal şahidi qismində iştirak etmələrini məhkəməyə sübut edib. Vəkilin Gəncə şəhəri Nizami və Kəpəz rayon məhkəmələrinə, eləcə də Gəncə Ağır Cinayətlər Məhkəməsinə verdiyi sorğulardan məlum olub ki, Bayram Niyazov həbs olunan zaman hal şahidi qismində dəvət edilmiş Kəramət Məmmədov və Tofiq Hüseynovun mütəmadi olaraq müxtəlif cinayət işləri üzrə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri zamanı da hal şahidi qismində iştirak ediblər.
Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi arayışlardan o da müəyyən olunub ki, hər iki hal şahidi 2011-2013-cü illər ərzində baxılan 27, məhkəmə istintaqı zamanı 2 cinayət işində hal şahidi kimi iştirak ediblər. Kəramət Məmmədov və Tofiq Həsənov ümumilikdə 29 cinayət işi üzrə hal şahidi olublar.
Həmçinin Bayram Niyazovu Gəncə şəhərinə aparan Elşad Məsiyevin polisin təhrikçisi olması müəyyənləşib.
Məhkəmə Elşad Məsiyevi polisin təhrikçisi olduğu, başqa 5 rayonda da belə cinayət işlərində iştirak etdiyi üzə çıxıb.
Hakimlər Bayram Niyazovun həbsində iştirak edən Elşad Məsiyevin polisin təhrikçisi olması nəticəsinə gəliblər. Buna görə də onun və əməliyyatda iştirak edən əməliyyatçıların barəsində xüsusi qərardad çıxarıblar. Eyni zamanda ekspertiza rəyindən məlum olub ki, Bayram Niyazovda tapılan narkotik vasitənin tərkibi digər cinayət işləri üzrə olan narkotik vasitələrin tərkibi ilə eynidir.
Hacı Zeynalov